Pambıq mahlıcı və ipliyinin istehsalı artıb
Operativ Media
Bu ilin yanvar-noyabr aylarında ölkədə 76,8 min ton pambıq mahlıcı və 19,7 min ton pambıq ipliyi istehsal edilib.
Dövlət Statistika Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, 2024-cü ilin eyni dövrünün göstəricisinə nisbətdə pambıq mahlıcının istehsalı 33,8 faiz, pambıq ipliyinin istehsalı isə 22,9 faiz artıb.
Dekabr ayının 1-nə hazır məhsul ehtiyatı pambıq mahlıcı üzrə təqribən 28,3 min ton, pambıq ipliyi üzrə isə 5,2 min ton təşkil edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net