Menyu

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin həcmi 6,7 milyard dolları ötüb

Operativ Media
Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin həcmi 6,7 milyard dolları ötüb

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin müvafiq dövrünə nisbətdə 7,2 faiz artaraq 6,7 milyard dolları üstələyib.

Operativ Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Azərbaycandan MDB ölkələrinə ixrac: 1,627 milyard dollar (+4,3 faiz)

MDB ölkələrindən Azərbaycana idxal: 5,157 milyard dollar (+8,2 faiz)

Cari ilin 11 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində MDB ölkələri ilə ticarətin payı 15,21 faiz təşkil edib ki, bu da bir il öncəki eyni dövrün göstəricisindən 0,54 faiz bəndi çoxdur.

Əlaqəli Xəbərlər