Menyu

Zinyət əşyası alan müştərilərə niyə qəbz verilmir?

Ayşən Sadıxzadə
Zinyət əşyası alan müştərilərə niyə qəbz verilmir?

"Zinət əşyası alan müştərilərə qəbz verilməməsi son illər ən çox rast gəlinən istehlakçı hüquq pozuntularından biridir. Bu hal təsadüfi deyil və adətən satıcıların real satış məbləğini gizlətmək, vergidən yayınmaq və sonradan məsuliyyətdən yayınmaq cəhdi ilə bağlı olur. Qanunvericiliyə əsasən, zinət əşyası da daxil olmaqla istənilən malın satışı zamanı alıcıya kassa çeki və ya rəsmi qəbz təqdim edilməlidir. Qəbzin verilməməsi isə həm vergi qaydalarının, həm də istehlakçı hüquqlarının pozulması deməkdir. Bu cür hallar alıcını hüquqi müdafiədən məhrum edir və bazarda qeyri-şəffaflıq yaradır".

Bu barədə Operativ Media -ya iqtisadçı Xalid Kərimli açıqlama verib.

O bildirib ki, qəbz verməyən şəxslər qanun pozuntusu törədir və vergidən yayınırlar:

“Bu halın başqa izahı yoxdur. Qanunvericiliyə görə, mal və ya xidmət göstərən hər bir sahibkar mütləq şəkildə kassa çeki (qəbz) təqdim etməlidir. Qəbzin verilməməsi birbaşa olaraq vergi öhdəliklərinin yerinə yetirilməməsi deməkdir.

Belə hallarda vətəndaş Dövlət Vergi Xidmətinə şikayət etmək hüququna malikdir və bu şikayət əsasında həmin obyekt barəsində yoxlama aparıla, qanun pozuntusuna yol verən şəxslər cərimələnə bilər.

Qəbz verməməyin əsas məqsədi real dövriyyəni gizlətmək, gəliri az göstərmək və nəticədə vergi ödəməməkdir. Yəni bu, texniki və ya təsadüfi məsələ deyil, maddi maraqdan qaynaqlanan şüurlu qanun pozuntusudur.

Bu cür halların qarşısının alınması həm dövlət büdcəsinin qorunması, həm də ədalətli rəqabət və istehlakçı hüquqlarının təmin olunması baxımından vacibdir”.

Əlaqəli Xəbərlər