Menyu

Türkiyə on ayda Azərbaycandan 9,8 milyard kubmetrədək təbii qaz alıb

Operativ Media
Türkiyə on ayda Azərbaycandan 9,8 milyard kubmetrədək təbii qaz alıb

Cari ilin yanvar-oktyabr aylarında Türkiyə Azərbaycandan 9 milyard 795,44 milyon kubmetr təbii qaz idxal edib.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb.

Bildirilir ki, oktyabrda Azərbaycandan Türkiyəyə 996,8 milyon kubmetr qaz ixrac edilib. Bu həcmin 977,63 milyon kubmetri uzunmüddətli müqavilələr, 19,16 milyon kubmetri isə spot mexanizm əsasında tədarük olunub. Hesabat ayında sentyabrla müqayisədə Türkiyənin Azərbaycan təbii qaz idxalı 38,5 milyon kubmetr artıb.

Azərbaycan oktyabrda Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci sırada (ilk yerdə Rusiya - 1,6 milyard kubmetr) qərarlaşıb.

Türkiyə Azərbaycan təbii qazını Cənubi Qafqaz Boru Kəməri (CQBK) (Bakı-Tbilisi-Ərzurum) və TANAP-la idxal edir. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib, hazırda Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” qazını çatdırır. Genişləndirilmiş CQBK isə kommersiya qaz həcmlərinin Türkiyəyə təhvil verilməsinə 2018-ci ilin iyununda başlayıb.

2018-ci il iyunun 12-də Əskişəhərdə istifadəyə verilən TANAP qaz kəməri ilə Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlayıb.

Əlaqəli Xəbərlər