Bu ilin yanvar-noyabr aylarında ölkədən 54,4 milyon ABŞ dolları dəyərində 869,6 min tondan çox hazır və ya klinker formasında sement ixrac olunub.
Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, bu, 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 13,1 faiz və ya 6,3 milyon dollar, həcm olaraq isə 12,4 faiz və ya 95,7 min ton çoxdur.
Cari ilin 11 ayında bu məhsulların ümumi ixracda xüsusi çəkisi 0,23 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 1,64 faizə bərabər olub.