Menyu

Qızılın qiyməti tarixdə ilk dəfə unsiya üçün 4400 dolları ötüb

Operativ Media
Qızılın qiyməti tarixdə ilk dəfə unsiya üçün 4400 dolları ötüb
1 dəq oxu

Qızılın birja dəyəri tarixdə ilk dəfə unsiya üçün 4400 dolları keçib.

Operativ Media xəbər verir ki, bu, Nyu-York Əmtəə Birjasında (COMEX) ticarət məlumatları ilə təsdiqlənib.

Belə ki, 18 dekabr tarixində, Bakı vaxtı ilə saat 20:29-a olan ticarətdə qiymətli metalın fevral fyuçersləri 0.79 % artaraq unsiya üçün 4 408.6 dollar səviyyəsinə yüksəlib. Əvvəlki qiymət unsiya üçün 4 398 dollar səviyyəsində qeydə alınıb.

2025-ci ilin əvvəlindən etibarən qızılın birja qiymətləri 60 %-dən çox, gümüşdə isə 116 % artıb. "Bloomberg"in hesablamalarına görə, 2025-ci ildə qızılın 1979-cu ildən bəri ən yaxşı illik artım göstəriciləri qeydə alınıb. Agentliyin izah etdiyi kimi, bu templər mərkəzi banklar tərəfindən aktiv alışlar və investorların istiqraz, valyutalardan çıxışı ilə dəstəklənib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər