Menyu

Azərbaycan və BMT əməkdaşlığının prioritetləri müzakirə olunub

Operativ Media
Azərbaycan və BMT əməkdaşlığının prioritetləri müzakirə olunub

İqtisadiyyat naziri Mikayıl Cabbarov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva ilə görüşüb.

Operativ Media xəbər verir ki, görüşdə BMT ilə əməkdaşlığın gündəliyində olan prioritetləri müzakirə edilib.

""Azərbaycan Respublikası Hökuməti ilə BMT arasında 2026–2030-cu illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsi"nin icrası, Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrasının monitorinqinin gücləndirilməsi məqsədilə "DİM üzrə Milli İzləmə Sistemi"nin hazırlanması, regionlar üzrə DİM-lərin lokallaşdırılması fəaliyyətlərinin davam etdirilməsi məqsədilə BMT-nin  ixtisaslaşmış qurumları ilə birgə əməkdaşlıq barədə fikirlərimizi bölüşdük.

Xanım Vladanka Andreyevaya səlahiyyət müddəti ərzində BMT-nin ölkə üzrə nümayəndəliyi ilə Azərbaycan Hökuməti arasında yüksək səviyyəli tərəfdaşlığa və əməkdaşlığa töhfələri üçün təşəkkürümüzü bildirir və uğurlar arzulayırıq", - nazir "X" hesabında etdiyi paylaşımda bildirib.

Fotogalereya

Əlaqəli Xəbərlər