Azərbaycanın Fransa ilə ticarət dövriyyəsində müsbət dinamika qeydə alınıb
Operativ Media
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın Fransa ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 39 faiz artaraq 387,4 milyon dolları üstələyib.
Operativ Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsiməlumat yayıb.
Azərbaycandan Fransaya ixrac: 153,73 milyon dollar (+2,3 dəfə)
Fransadan Azərbaycana idxal: 233,74 milyon dollar (+9,3 faiz)
Cari ilin 11 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Fransa ilə ticarətin payı 0,86 faiz təşkil edib.