Menyu

Velko Simiç: Mövsümün ilk yarısını çempion kimi başa vurduğumuz üçün çox xoşbəxtik

Əziz Əzizli
Velko Simiç: Mövsümün ilk yarısını çempion kimi başa vurduğumuz üçün çox xoşbəxtik

"Artıq 3-4 aydır ki məğlub olmuruq ".

Operativ Media xəbər verir ki, bunu "Sumqayıt"la oyunda dubl edən "Sabah"ın serbiyalı futbolçusu Velko Simiç klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, oyun haqda fikirlərini bölüşüb.

“Bizim üçün əla oyun oldu. Düşünürəm ki, oyuna çox yaxşı başladıq. Qolları da düzgün vaxtlarda vurduq. İndi isə mövsümün bu hissəsini birinci yerdə başa vururuq və bundan çox xoşbəxtik.

Simiç çempionluq haqda danışmağın tez olduğunu düşünür.

"Artıq 3–4 aydır ki, məğlub olmuruq. Amma bu, davamını gətirməsək, heç nə demək deyil. Bir az dincələcəyik və sonra daha da güclü şəkildə davam edəcəyik.”

Əlaqəli Xəbərlər