Menyu

"Sumqayıt” hamını qabaqladı

Operativ Media
"Sumqayıt” hamını qabaqladı

Azərbaycan Premyer Liqasında 2025/26 mövsümünün ilk hissəsində 95 oyun keçirilib.

Operativ Media xəbər verir ki, bu matçları 124 min 60 tamaşaçı izləyib. Orta göstərici 1306-yə bərabər olub.

XII turun “Sumqayıt” – “Qarabağ” matçında (2:4) daha çox tamaşaçı qeydə alınıb. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu 9100 seyrçi toplayıb.

Daha bir görüşdə bu rəqəm 5 mindən yuxarı olub. X turun “Turan Tovuz” – “Şamaxı” qarşılaşmasını (2:1) Tovuz şəhər stadionunda 5800 izləyici seyr edib.

“Sumqayıt” ev oyunlarındakı orta tamaşaçı sayında 1-ci yerdə qərarlaşıb. “Turan Tovuz”un ikinci olduğu siyahıda ilk “üçlüy”ü “Neftçi” qapayır.

1 Sumqayıt 9 25810 2868

2 Turan Tovuz 7 17100 2443

3 Neftçi 8 14848 1856

4 Sabah 8 12855 1607

5 Qarabağ 7 10387 1484

6 Karvan-Yevlax 9 13120 1458

7 Şamaxı 7 7400 1057

8 Zirə 9 7950 883

9 Kəpəz 8 4850 606

10 Qəbələ 7 4000 571

11 İmişli 8 4200 525

12 Araz-Naxçıvan 8 1540 193

   Cəmi 95 124060 1306

Əlaqəli Xəbərlər