Menyu

Neymar əməliyyat olundu

Əziz Əzizli
Neymar əməliyyat olundu

Braziliyalı hücumçu Neymar medial menisküsünün cırılmasından sonra artroskopik əməliyyatdan uğurla keçib.

Operativ Media xəbər verir ki, Əməliyyat 22 dekabrda baş tutub. Klubun açıqlamasında hücumçunun özünü yaxşı hiss etdiyi qeyd olunub.

"Medial menisk zədəsini müalicə etmək üçün artroskopiya aparılıb. Əməliyyat uğurlu keçib və idmançının vəziyyəti yaxşıdır. Neymar günortadan sonra xəstəxanadan çıxacaq və fizioterapevti Rafael Martini tərəfindən koordinasiya ediləcək reabilitasiya prosesinə başlayacaq", - deyə açıqlamada bildirilib.

"Santos" liqa turnir cədvəlində 47 xalla 12-ci yerdə qərarlaşıb. 33 yaşlı Neymar bu mövsüm 28 oyun keçirib və 11 qol vurub.

Əlaqəli Xəbərlər