Ölkədən 57,1 milyon dollarlıq şəkər ixrac edilib
Operativ Media
Bu ilin yanvar-noyabr ayları ərzində ölkədən 57,1 milyon ABŞ dolları dəyərində 79,7 min tondan çox şəkər ixrac edilib.
Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 52,3 faiz və ya 19,6 milyon dollar, həcmi isə 61,7 faiz və ya 30,4 min ton artıb.
Cari ilin 11 ayında şəkərin ümumi ixracda xüsusi çəkisi 0,24 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 1,72 faizə bərabər olub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net