Menyu

"Zirə" qış hazırlığı üçün Antalyaya gedəcək

Operativ Media
"Zirə" qış hazırlığı üçün Antalyaya gedəcək

“Zirə”nin qış hazırlıq planı bəlli olub.

Operativ Media xəbər verir ki, “qartallar” yanvarın 3-də Bakıda bir araya gələcək və ayın 10-a qədər hazırlığını paytaxtda davam etdirəcək.

Toplanışın ikinci mərhələsi isə 10-17 yanvar tarixləri aralığında Türkiyənin Antalya şəhərində baş tutacaq. Komanda Antalyada iki yoxlama oyunu keçirməyi planlaşdırır.

Daha əvvəl “Sumqayıt”, “Turan Tovuz” Antalyada hazırlıq keçəcəyini açıqlayıb.

Əlaqəli Xəbərlər