Menyu

FIFA yeni texnologiyanı sınaqdan keçirib

Əziz Əzizli
FIFA yeni texnologiyanı sınaqdan keçirib

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) qol vurulmazdan əvvəl topun oyun meydanını tərk edib-etmədiyini müəyyən etməyə imkan verən yeni texnologiyanı sınaqdan keçirib.

Operativ Media xəbər verir ki, “Out of Bounds” adlanan bu yenilik dekabr ayında Qətərdə keçirilən üç Qitələrarası Kubok matçında sınaqdan keçirilən bir neçə texnoloji inkişafdan biri olub.

Belə ki, turnirin finalında PSJ klubunun futbolçusu Fabian Ruizin Braziliyanın “Flamenqo” komandasına vurduğu qol topun meydanı tərk etməsi səbəbindən ləğv edilib.

Qətərdə keçirilən turnirdə, həmçinin elektron oyunçu izləmə sistemindən (Real-time 3D Recreation) istifadə olunub. Stadionun damı altında quraşdırılmış 16 kameranın köməyi ilə hakimlər hər oyunçu üçün saniyədə 50 dəfə qeydə alınan 29 məlumat nöqtəsinə, eləcə də topun dəqiq mövqeyinə əsaslanan real vaxt rejimli ofsayd xəbərdarlıqları alıblar. Rəsmi oyun topları isə VAR sisteminə oyunçu ilə təması və zərbənin dəqiq anını müəyyənləşdirməyə kömək edən, mövqeyini saniyədə 500 dəfə izləyən sensorlarla təchiz olunub.

Daha əvvəl FIFA Klublararası Dünya Kubokunda sınaqdan keçirilmiş təkmilləşdirilmiş yarıavtomatlaşdırılmış ofsayd aşkarlama (SAOT) texnologiyası da turnir çərçivəsində tətbiq edilib.

Yeni texnologiyalar FIFA tərəfindən Hawk-Eye Innovations şirkəti ilə əməkdaşlıq çərçivəsində hazırlanıb. Onların milli çempionatlarda tətbiq olunub-olunmayacağı isə hələlik açıqlanmayıb.

Əlaqəli Xəbərlər