"Liverpul"un baş məşqçisi: İsakın zədəsi uzunmüddətlidir
Operativ Media
"Liverpul"un baş məşqçisi Arne Slot "mersisaydlılar"ın hücumçusu Aleksandr İsakın zədəsi ilə bağlı danışıb.
Operativ Media xəbər verir ki, o, bu barədə mətbuat konfransında danışıb:
"Bu zədə uzunmüddətlidir və hücumçumuz bir neçə ay yaşıl meydanlardan kənarda qalacaq. Həm İsak, həm də biz çox məyusuq".
Bir neçə gün öncə "Liverpul" 26 yaşlı futbolçunun ayaq biləyi zədəsi və fibula sümüyünün sınığı səbəbindən əməliyyat olunduğunu açıqlamışdı.
Qeyd edək ki, "qırmızılar" İsakı ötən yay "Nyukasl"dan rekord məbləğə - 125 milyon funt sterlinqə transfer edib. İsveçli hücumçu "Liverpul"un heyətində 16 oyunda üç qol vurub və bir məhsuldar ötürmə edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net