Zamiq Əliyev cəzalandı, komandası qalib gəldi
Operativ Media
Albaniyada futbol üzrə ölkə çempionatının 18-ci turu keçirilir.
Operativ Media xəbər verir ki, azərbaycanlı müdafiəçi Zamiq Əliyevin çıxış etdiyi "Eqnatiya" səfərdə "Teuta" ilə qarşılaşıb.
Matç 1:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb.
Zamiq bu matçda start heyətində meydana daxil olub. Millimizin üzvü 90+2-ci dəqiqədə 2-ci sarı vərəqədən qırmızı vərəqə ilə meydanı tərk etməli olub.
Qeyd edək ki, "Eqnatiya" 37 xalla ilk pillədə qərarlaşıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net