Menyu

Qızıl və gümüş yenidən bahalaşıb

Operativ Media
Qızıl və gümüş yenidən  bahalaşıb

Qızıl və gümüşün qiyməti yenidən bahalaşıb.

Operativ Media  xəbər verir ki, 2025-ci ilin fevral ayı üçün qızıl fyuçerslərinin qiyməti Nyu-York əmtəə birjasının "Comex" bölməsində tarixi maksimumu yeniləyib.

Ticarət meydançasının məlumatına görə, Bakı vaxtı ilə saat 05:23-də qızılın bir troy unsiyası 4 553,4 dollar təşkil edib ki, bu da 1,88% artım deməkdir.

Saat 06:15-ə olan vəziyyətə əsasən isə qiymət artımı bir qədər zəifləyib və qızılın dəyəri 4 540 dollar səviyyəsində qərarlaşıb (+1,58%).

Eyni zamanda, Comex birjasında 2026-cı ilin mart ayı üçün gümüş fyuçerslərinin qiyməti də yüksəlib. Belə ki, gümüşün bir troy unsiyası 72,325 dollar olub ki, bu da 5,48% artım deməkdir.

 

Əlaqəli Xəbərlər