Basketbol üzrə Azərbaycan Kubokunun püşkatma mərasimi keçiriləcək
Əziz Əzizli
Bu gün basketbol üzrə Azərbaycan Kubokunun püşkatma mərasimi keçiriləcək.
Operativ Media-nın məlumatına görə, püşkatma mərasimi Bakıda yerləşən İdman Sarayında baş tutacaq və saat 12:30-da başlayacaq.
Ümumilikdə Kubokda 12 komanda iştirak edəcək. Bunlar “Sabah”, “Neftçi”, “Abşeron Lions”, “Sərhədçi”, “Quba”, “Şəki”, NTD, “Gəncə”, “Ordu”, “Naxçıvan”, “Sumqayıt” və “Lənkəran” komandalarıdır. Turnirin son qalibi NTD klubudur.