Ana səhifə / İdman / İlin ən yaxşı baş məşqçisi bəlli oldu İlin ən yaxşı baş məşqçisi bəlli oldu 24.12.2025, 12:23 Operativ Media Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) milli komandalar üzrə 2025-ci ilin ən yaxşı baş məşqçisini açıqlayıb. Operativ Media xəbər verir ki, bu ada İspaniya yığmasından Luis de la Fuente layiq görülüb. 64 yaşlı mütəxəssis 136 xalla birinci olub. Portuqaliya millisinin baş məşqçisi Roberto Martines 83 xalla ikinci yeri tutub. İlk “3-lüy”ü 59 xalla Argentina yığmasından Lionel Skaloni qapayıb.