Menyu

Basketbol üzrə Azərbaycan Kubokunun püşkü atılıb

Əziz Əzizli
Basketbol üzrə Azərbaycan Kubokunun püşkü atılıb

Bu gün basketbol üzrə Azərbaycan Kubokunun start mərhələlərinin püşkatma mərasimi keçirilib.

Operativ Media-nın məlumatına görə, tədbir Bakıda yerləşən İdman Sarayında baş tutub. Turnirdə ümumilikdə 12 komanda iştirak edəcək.

1/8 final mərhələsinin cütləri

“Şəki” – “Sərhədçi”

NTD (Kubokun son qalibi) – “Sumqayıt”

“Naxçıvan” – “Quba”

“Neftçi” – “Lənkəran”

Bu mərhələnin oyunları 13–14 yanvar tarixlərində keçiriləcək.

1/4 final mərhələsinin cütləri

“Abşeron Lions” – “Şəki” – “Sərhədçi” cütünün qalibi

“Neftçi” – “Lənkəran” cütünün qalibi – “Gəncə”

“Naxçıvan” – “Quba” cütünün qalibi – “Sabah” (ölkə çempionu)

“Ordu” – NTD – “Sumqayıt” cütünün qalibi

1/4 final oyunları 18–22 fevral tarixlərində baş tutacaq.

Əlaqəli Xəbərlər