Menyu

"Mançester Siti" qışda iki futbolçunu göndərəcək

Əziz Əzizli
"Mançester Siti" qışda iki futbolçunu göndərəcək

Qış transfer pəncərəsində "Mançester Siti"nin iki oyunçusu komandadan ayrıla bilər.

Operativ Media xəbər verir ki, "Siti"nin baş məşqçisi Pep Qvardiola artıq müdafiəçi  Kalvin Filipsə ümid etmir. Uyğun təklif gələrsə, "Siti" oyunçunu buraxmağa hazırdır.

Qvardiola son zamanlar zədələrdən əziyyət çəkən Oskar Bobbla da yollarını ayırmağa hazırdır. Klub cinah oyunçusunu icarəyə verməyə hazırdır, eyni zamanda onu daimi satışa çıxarmağı da nəzərdən keçirməyə razılıq verib.

Bu mövsüm Filips yalnız bir Liqa Kuboku oyununda oynayıb və bu oyunlarda meydanda 7 dəqiqə keçirib.

Bobb bütün yarışlarda 15 oyunda iştirak edib və 1 məhsuldar ötürmə edib.

Əlaqəli Xəbərlər