Menyu

TKTA: Bu il xarici kvalifikasiyaların tanınması ilə bağlı 6000-dən çox müraciət daxil olub

Şəfa Hüseynli
TKTA: Bu il xarici kvalifikasiyaların tanınması ilə bağlı 6000-dən çox müraciət daxil olub

Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) xarici kvalifikasiyaların tanınması ilə bağlı 6033 müraciət daxil olub. Bunlardan 5167 müraciətin ekspertizası həyata keçirilib. 866 müraciətin ekspertizası isə davam edir.

Operativ Media xəbər verir ki, bunu 2025-ci ilin yekununa dair brifinqdə TKTA-nın idarə heyətinin sədri Tural Əhmədov bildirib.

Ekspertiza nəticəsində 4333 müraciət üzrə müsbət rəy verilib və müraciətçilərə xaricdə əldə olunan kvalifikasiyaların tanınması haqqında şəhadətnamələr təqdim edilib. 834 xarici kvalifikasiyanın isə ölkə ərazisində tanınması barədə mənfi rəy verilib. Faiz göstəricisində mənfi rəyin ümumi saya olan nisbəti 16.1% təşkil edir.

Əlaqəli Xəbərlər