Menyu

AFFA Premye Liqa klublarını cərimələdi

Operativ Media
AFFA Premye Liqa klublarını cərimələdi

AFFA İntizam Komitəsi Misli Premyer Liqasının XVI turundakı oyunlarla bağlı qərarlarını açıqlayıb.

Operativ Media xəbər verir ki, “Kəpəz” – “Turan Tovuz” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə birincilər 2500 manat cərimələnib.

Azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə gəncəlilər daha 7000 manat cərimə ilə üzləşib.

“Araz-Naxçıvan” – “Şamaxı” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə matç gec başladığı üçün birincilər 2000 manat cərimə olunub.

“Sabah”la görüşdə 5 futbolçusu sarı vərəqə alan “Sumqayıt” da 700 manat cərimə ödəyəcək.

Əlaqəli Xəbərlər