Misir Salahın qolu ilə CAR-a qalib gəldi
Əziz Əzizli
Mərakeşdə keçirilən Afrika Millətlər Kubokunun qrup mərhələsinin ikinci turunda Misir millisi Cənubi Afrika Respublikasının (CAR) komandasını çətinliklə məğlub edib.
Operativ Media xəbər verir ki, B qrupunda baş tutan qarşılaşma 1:0 hesabı ilə yekunlaşıb. Matçın yeganə qolunu 45-ci dəqiqədə penaltidən Məhəmməd Salah vurub.
Misir yığması ilk hissənin əlavə olunmuş dəqiqələrində azlıqda qalıb. Belə ki, Məhəmməd Hani ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb.
Bu qələbə sayəsində Misir komandası 6 xal toplayaraq B qrupunda liderliyini təmin edib və pley-off mərhələsinə vəsiqə qazanıb. Cənubi Afrika komandası isə 3 xalla ikinci pillədə qərarlaşıb.
Qrupun digər oyununda Anqola və Zimbabve yığmaları 1:1 hesablı heç-heçə ediblər.