"Zirə"nin üzvü oynadı, Mozambik millisi qalib gəldi
Operativ Media
"Zirə"nin futbolçusu Rikardo Martines Quimanın da üzvü olduğu Mozambik millisi Afrika Millətlər Kubokunda 2-ci tur matçına çıxıb.
Operativ Media xəbər verir ki, F qrupunda mübarizə aparan komanda Qabonla qarşılaşıb.
Görüş Mozambik millisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Rikardo Martines də bu matçda iştirak edib. 30 yaşlı yarımmüdafiəçi start heyətdə meydana çıxıb və sonadək oynayıb.
2 turdan sonra 3 xalı olan Mozambik millisi qrupda üçüncü pillədə qərarlaşıb. Komanda növbəti görüşünü dekabrın 31-də Kamerun millisinə qarşı keçirəcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net