Menyu

Flik ulduz hücumçunun "Barselona"ya transferinə razılıq verib

Əziz Əzizli
Flik ulduz hücumçunun "Barselona"ya transferinə razılıq verib

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik  "Mançester Yunayted" dən icarəyə götürdüyü ingilis hücumçu Markus Reşfordun transferinə razılıq verib.

Operativ Media "Don Balon"a istinadən xəbər verir ki,  Flik hücumu gücləndirmək üçün Reşfordu prioritet hesab edir. Alman məşqçi ingilisin çox yönlülüyünə, oyuna təsirinə və əsas matçlardakı davamlılığına inanır. Hücumçu məşqçinin taktiki modelinə mükəmməl uyğunlaşır və bir neçə hücum mövqeyini əhatə edə bilir.

"Barselona" ingilis hücumçu üçün qarşı tərəfə 30-35 milyon avro ödəməyə hazırdır.

Reşford ötən yay "Mançester Yunayted"dən "Barselona"ya mövsümlük icarəyə verilib. Bu mövsüm ingilis futbolçu artıq 24 oyunda meydana çıxıb, yeddi qol vurub və 11 məhsuldar ötürmə edib və tezliklə Kataloniya hücum xəttinin əsas oyunçusuna çevrilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər