Menyu

Gəncə şəhər stadionunun istifadəyə veriləcəyi tarix açıqlandı

Operativ Media
Gəncə şəhər stadionunun istifadəyə veriləcəyi tarix açıqlandı

"Gəncə stadionunda bəzi işlərimiz qalıb. Düşünürəm ki, aprel və may aylarında stadion oyunlar üçün hazır olacaq".

Operativ Media xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov deyib.

Nazir ilin yekunları ilə bağlı müsahibəsində stadionun vaxtında hazır vəziyyətə gətirilməsi üçün əllərindən gələni edəcəklərini bildirib:

"Bunun üçün bacardığıımızı edəcəyik. Qaçış zolağı çəkmək istəyirik. Amma bu da hava şəraitindən asılıdır. Ona görə də gözləməliyik.

Yağışlı havalarda bu, çətin olur. Müasir standartlara cavab verən stadiondur. Həm azarkeşlər, həm futbolçular üçün yaxşı şərait var".

Xatırladaq ki, yeni tikilmiş Gəncə şəhər stadionunda III MDB Oyunlarının açılış və bağlanış mərasimləri keçirilib.

Əlaqəli Xəbərlər