Menyu

"Qarabağ"ın maraqlandığı hücumçu: Hazırda transferlə bağlı mənə heç nə deyilməyib

Operativ Media
"Qarabağ"ın maraqlandığı hücumçu: Hazırda transferlə bağlı mənə heç nə deyilməyib

“Qarabağ” Belçikanın 2-ci Liqa təmsilçisi “Lyej”in forvardı Umar Diufu heyətinə qatmağa çalışır.

Operativ Media “Walfoot” nəşrinə istinadən xəbər verir ki, seneqallı hücumçu Avropanın bir neçə klublarının maraq dairəsindədir. Diuf sözügedən nəşrə gələcək karyerası ilə bağlı açıqlama verib.

O, təkliflərinin olduğunu gizlətməyib:

“Hazırda transferlə bağlı mənə heç nə deyilməyib. Bu, agentimin işidir, prosesi o idarə edir. Mən isə öz adıma mövsümün qalan hissəsinə fokuslanmışam və bu məsələlərdə Tanrının işini görməsinə icazə verirəm. Klubların mənə maraq göstərdiyi ilə bağlı söz-söhbətləri eşitmişəm, amma onları sakit və təzyiqsiz qarşıladım. Təbii ki, hər futbolçu kimi mənim də şəxsi ambisiyalarım var: hər gün bir addım irəli getmək və inkişaf etmək.”

Xatırladaq ki, daha öncə mətbuatda Ağdam klubunun futbolçu üçün 1,2 milyon avroluq təklif verdiyi iddia edilmişdi.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər