Uruqvay millisinin sabiq üzvü karyerasını bitirdi
Operativ Media
Uruqvaylı hücumçu Edinson Kavani karyerasını başa vurub.
Operativ Media xəbər verir ki, futbolçu bu haqda sosial media hesabında paylaşım edib.
“Hər məşqdə və hər matçda hər şeyimi verdiyimi bildiyimə görə rahatlıqla ayrıldığımı söyləyə bilərəm. Mənə çox şey qazandıran bu peşəyə hörmətlə yanaşıram. Karyeram boyunca həm səhv, həm də düzgün qərarlarım olub”, – deyə Kavani qeyd edib.
38 yaşlı futbolçu karyerası ərzində 745 oyun keçirib, 404 qol vurub və 79 məhsuldar ötürmə edib. O, “Napoli”, PSJ və “Mançester Yunayted”də oynayıb. Onun son klubu Argentina “Boka Xuniors”u olub.
Kavani Uruqvay milli komandası ilə 2011-ci ildə Amerika Kubokunu qazanıb.