"Betis"in yarımmüdafiəçisi İsko əməliyyat olunub
“Betis” klubunun yarımmüdafiəçisi İsko dekabrın 29-da sağ topuğundan artroskopik əməliyyat keçirib.
Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Əvvəlcə 33 yaşlı ispaniyalı futbolçu iynələr vasitəsilə konservativ müalicə alıb. Lakin gözlənilən nəticə əldə olunmadığından, planlaşdırıldığı kimi, oyunçu həkimləri ilə birlikdə müalicə prosesini sürətləndirmək və zədələnmiş nahiyədə oynağın təmizlənməsi üçün cərrahi müdaxiləyə qərar verib. Sağalma müddəti hələlik müəyyən edilməyib.
İsko 2023-cü ilin iyul ayından etibarən “Betis”də çıxış edir. Onun klubla müqaviləsi 30 iyun 2028-ci ilədək qüvvədədir.
Yarımmüdafiəçi 2025/26 mövsümündə keçirdiyi iki oyunda qol vura bilməyib. O, noyabrın 27-dən bəri zədə səbəbindən yaşıl meydanlardan kənardadır.