Menyu

2025-ci ildə ən çox dəyər itirən futbolçuların adları açıqlanıb

Əziz Əzizli
2025-ci ildə ən çox dəyər itirən futbolçuların adları açıqlanıb

2025-ci ildə qiyməti ən çox düşən futbolçuların adları açıqlanıb.

Operativ Media xəbər verir ki, siyahını "Transfermarkt" partalı dərc edib.

Ən böyük dəyər itkisi "Mançester Siti"nin yarımmüdafiəçisi Fil Fodenə məxsusdur. İlin əvvəlində onun bazar dəyəri 140 milyon avro idi, lakin dekabr ayına qədər onun dəyəri 60 milyon avro azalıb.

Dəyəri düşən oyunçular siyahısında ikinci yerdə Fodenin komanda yoldaşı Rodri gəlir. Onun transfer dəyəri 55 milyon avro azalaraq 130 milyon avrodan 75 milyon avroya düşüb. Üçüncü yerdə isə "Real Madrid"in hücumçusu Vinisius gəlir. Onun transfer dəyəri 50 milyon avro azalaraq 200 milyon avrodan 150 milyon avroya düşüb.

Ən çox dəyər itirən ilk 6 oyunçu arasında "Real Madrid"dən Rodriqo (-40 milyon avro), "Barselona"dan Qavi (-40 milyon avro) və "Arsenal"dan Martin Odeqor (-35 milyon avro) da var.

Əlaqəli Xəbərlər