Modriç: "Əgər futbolçu olmasaydım, ofisiant olardım"
İtaliya "Milan"ının təcrübəli yarımmüdafiəçisi Luka Modriç futbolçu olmağı bacarmasaydı, hansı işi görəcəyi ilə bağlı sualı cavablandırıb.
Operativ Media xəbər verir ki, o, bu haqda "Corriere dello Sport"a verdiyi müsahibədə deyib.
"Əgər futbolçu olmasaydım, ofisiant olardım. Bu işdə yaxşı idim və bundan həzz alırdım. Otel institutunda oxumuşam. Birinci ildə toyların keçirildiyi "Marina di Zara" restoranında təcrübə keçdik. İçkilər təqdim etdim. Xorvat toylarında çoxlu spirtli içki içirlər. Xoşuma gəlməyən tək şey qab yumaq idi", - deyə o bildirib.
40 yaşlı xorvatiyalı karyerasının böyük hissəsini "Real Madrid"də keçirib, lakin ötən yay "Milan"a keçib. Yarımmüdafiəçi "rossonerilər"də 18 oyunda meydana çıxıb, bir qol vurub və iki məhsuldar ötürmə edib.