Qabon hökuməti milli futbol komandası ilə bağlı sərt qərarlar qəbul etdi
Operativ Media
Qabon hökuməti ölkənin futbol milli komandası ilə bağlı sərt tədbirlər görüb.
Operativ Media xəbər verir ki, Tyerri Muyumanın rəhbərlik etdiyi komanda Afrika Millətlər Kubokunda qrup mərhələsini heç bir xal toplamadan başa vuraraq turnirdən kənarlaşdırılıb.
Yığmanı Kot-dİvuar, Kamerun və Mozambik komandaları qabaqlayıb.
Hökumətin bəyanatında deyilir:
"2025-ci ildə Mərakeşdə keçirilən Afrika Millətlər Kubokunda "panterlər"in biabırçı çıxışını nəzərə alaraq hökumət aşağıdakı qərarları qəbul edib: məşqçilər heyətini buraxmaq; milli komandanı növbəti bildirişədək kənarlaşdırmaq; futbolçular Brüno Eküelya-Manqa və Pyer-Emerik Obameyanqı komandadan xaric etmək."