Portuqaliya millisinin üzvü "İnter"ə keçməkdən imtina edib
Əziz Əzizli
Portuqaliya millisinin müdafiəçisi João Kancelo "Barselona"ya qayıtmaq niyyətində olduğu üçün "İnter"in təklifini rədd edib.
Operativ Media xəbər verir ki, Kanselo hazırkı Çempionlar Liqası finalçısının təklifini qəbul etməyə hazır olub, lakin Kataloniya klubunun portuqaliyalı oyunçu üçün yarışa girməsi vəziyyəti dəyişdirib. "DeadlineDayLive"in məlumatına görə , futbolçu "Barselona"ya keçəcəyinə əmindir.
João əvvəllər 2023/24 mövsümündə "Barselona"da icarə əsasında oynayıb. Müdafiəçi Xavi Hernandezin rəhbərliyi altında 42 oyun keçirib, dörd qol vurub, beş məhsuldar ötürmə edib və komandanın əsas oyunçularından birinə çevrilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net