Menyu

Abubakar "Neftçi"ni tərk edə bilər

Operativ Media
Abubakar "Neftçi"ni tərk edə bilər

Vensan Abubakarın “Neftçi”dəki gələcəyi sual altındadır və onun Bakıdakı macərasının uzun sürməyəcəyi ehtimal olunur.

Operativ Media Braziliya mediasına istinadən xəbər verir ki, 33 yaşlı forvardın karyerasını Cənubi Amerikada davam etdirməsi gündəmdədir. Kamerun millisinin hücumçusu Braziliyanın köklü klublarından olan “Vasko da Qama”ya təklif edilib. Yeni mövsümə ciddi hazırlıq görən klub hücum xəttini təcrübəli futbolçu ilə gücləndirməyi planlaşdırır və Abubakar variantı rəhbərlik tərəfindən müzakirə olunur.

Məlumata görə, futbolçunun özü də Braziliyaya köç ideyasına müsbət yanaşır. Ancaq onun əsas tələbi var: Abubakar yalnız iddialı məqsədləri olan və konkret layihə təqdim edən komanda ilə əməkdaşlığa razı olacaq.

Qeyd edək ki, hücumçunun “Neftçi” ilə mövcud müqaviləsi cari mövsümün sonunda başa çatır. Bildirilir ki, Abubakar paytaxt klubunda qalmaq niyyətində deyil və sözləşməni uzatmağı düşünmür. Bundan əlavə, komandanın yeni baş məşqçisi Yuri Vernidub da futbolçuya əsas heyətdə müntəzəm şans verməyəcəyini onun diqqətinə çatdırıb.

Əlaqəli Xəbərlər