Menyu

Braziliyalı müdafiəçi sabiq klubuna qayıtdı

Operativ Media
Braziliyalı müdafiəçi sabiq klubuna qayıtdı

PSJ, "Milan" və "Çelsi"nin keçmiş müdafiəçisi Tiaqo Silva Avropaya qayıdıb.

Operativ Media xəbər verir ki, futbolçu karyerasını "Porto"da davam etdirəcək.

41 yaşlı futbolçunun Portuqaliya nəhəngi ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir və anlaşmada daha bir il uzatmaq şərti də nəzərdə tutulub. 

Tiaqo bu il keçiriləcək dünya çempionatında iştirak etmək istəyir və inanır ki, Avropa klubunda oynamaqla Brazilya millisinin baş məşqçisi Karlo Ançelottininin etimadını qazana biləcək. 

Qeyd edək ki, bu Silvanın "Porto"ya ikinci qayıdışıdır. O, 2005-ci ildə 6 ay Portuqaliya klubunun formasını geyinib. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər