Menyu

"Çelsi" Vinisius üçün "Real Madrid"ə 160 milyon avro təklif etməyə hazırdır

Əziz Əzizli
"Çelsi" Vinisius üçün "Real Madrid"ə 160 milyon avro təklif etməyə hazırdır

"Çelsi" "Real"ın hücumçusu Vinisiusu transfer etmək istəyir.

Operativ Media xəbər verir ki, bu haqda "The Guardian" nəşri məlumat yayıb.

London klubu 25 yaşlı braziliyalı üçün 160 milyon avro təklif etməyə hazırdır. "Mavilər" hazırkı klubundakı mövqeyindən narazı olan hücumçunu İngiltərəyə keçməyə razı salmağa ümid edir.

Vinisius 2018-ci ilin iyul ayında "Real Madrid"ə qoşulub. 2025/26 mövsümündə hücumçu Madrid klubunun heyətində bütün turnirlərdə 25 oyunda 5 qol vurub və 8 məhsuldar ötürmə edib.

Braziliyalı futbolçunun İspaniya klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədərdir.

"Transfermarkt" oyunçunun dəyərini 150 milyon avro olaraq qiymətləndirir.

Əlaqəli Xəbərlər