"Turan Tovuz" braziliyalı hücumçunun ayrılığını açıqladı
Aleks Souza “Turan Tovuz”dan ayrılıb.
Operativ Media xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb:
“Klubumuz Aleks Souzanın transferi ilə bağlı Yaponiyanın “Kyoto” klubu ilə razılıq əldə edib. Tibbi müayinədən keçdikdən sonra futbolçu Yaponiya təmsilçisi ilə rəsmi müqavilə imzalayacaq. Premyer Liqada “Turan Tovuz” forması ilə 66 oyunda meydana çıxan Aleks Souzaya gələcək karyerasında və şəxsi həyatında uğurlar arzu edirik!”
Artıq Yaponiya təmsilçisi də rəsmi saytı vasitəsilə bu keçidi təsdiqləyib. 24 yaşlı hücumçu transferi ilə bağlı fikirlərini də bölüşüb:
“Kyoto Sanga”nın bir hissəsi olmaq fürsəti qazandığım üçün çox xoşbəxtəm və minnətdaram. Karyeramda yeni çağırışa böyük motivasiya ilə yanaşıram. Kluba tam diqqət, peşəkarlıq və meydanda, eləcə də meydandan kənarda fayda verməyə hazıram.
Klubun tarixinə böyük hörmətim var və komandanın məqsədlərinə çatması üçün hər gün əlimdən gələni edəcəyəm. Göstərilən etimada görə təşəkkür edirəm və bunu zəhmətim, fədakarlığım və yaxşı nəticələrlə doğrultmaq istəyirəm. Kiotoda görüşənədək!”
Bu transfer üçün yaponların “Turan Tovuz”a 300 min avro təzminat ödədiyi iddia olunur