"Barselona" İspaniya Super Kubokunda ilkə imza atdı
Operativ Media
İspaniya superkubokunun yarımfinalında dünən “Barselona” ilə “Atletik” üz-üzə gəlib. Qarşılaşma Kataloniya klubunun qələbəsi (5:0) ilə başa çatıb.
Operativ Media “Opta”ya istinadən xəbər verir ki, “Barselona” superkubok tarixində yarımfinal qarşılaşmasının birinci yarısında dörd qol vuran ilk komanda olub.
Beləliklə, “Barselona” yanvarın 11-də keçiriləcək finala yüksəlib.
Kataloniya klubunun rəqibi Madrid derbisinin qalibi – “Atletiko” və ya “Real” olacaq. İkinci finalçı bu gün keçiriləcək qarşılaşmadan sonra müəyyənləşəcək.