“İnter”, “Milan”, “Mançester Siti”, “Liverpul” və İtaliya millisinin sabiq hücumçusu Mario Balotelli Dubaydakı “Əl-İttifak” klubuna keçib.
Operativ Media xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin ikinci liqasında çıxış edən klub 35 yaşlı hücumçunun transferini açıqlayıb. Balotelli 2,5 illik müqavilə imzalayıb.
Dubaydakı “Əl-İttifak” BƏƏ-nin ikinci divizionunda 12 oyundan sonra 6 xal toplayaraq turnir cədvəlində sonuncu, 15-ci yerdə qərarlaşıb.