Menyu

"Dinamo" Ülvi Babayevi təlim-məşq toplanışına aparmadı

Operativ Media
"Dinamo" Ülvi Babayevi təlim-məşq toplanışına aparmadı

Moskva “Dinamo”su Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək təlim-məşq toplanışına azərbaycanlı futbolçu Ülvi Babayevi aparmayıb.

Operativ Media xəbər verir ki, Rusiyanın “Sport-express” nəşri bu haqda məlumat yayıb.

Paytaxt klubunun toplanışı yanvarın 14-də başlayacaq.

21 yaşlı yarımüdafiəçi komandanın çat qrupundan da xaric edilib.

Babayevin “Dinamo” ilə müqaviləsinin bitməsinə yarım il qalır. O, 2026-cı ilin iyununda istənilən klubla müqavilə bağlaya bilər.

Qeyd edək ki, bir müddət əvvəl Babayevin “Spartak”a keçəcəyinə dair xəbər yayılmışdı. Ülvi bu mövsüm 15 oyunda 5 qol vurub.

Əlaqəli Xəbərlər