Qırğızıstanda dövlət mükafatlarının sayının 46-dan 20-yə endirilməsi təklif edilib
Şəfa Hüseynli
Qırğızıstanda dövlət mükafatlarının dəyərini qorumaq üçün onların sayının 46-dan 20-yə endirilməsi təklif olunur.
Operativ Media xəbər verir ki, bu barədə ədliyyə nazirinin müavini Kuban Kazakov parlamentin konstitusiya qanunvericiliyi, dövlət quruluşu və yerli özünüidarəetmə komitəsinin iclasında bildirib.
Bildirilib ki, "Baatır Ene" ordeni və "Ene Danky" medalı istisna olmaqla, son 15 ildə respublikada 1034 dövlət mükafatı, 2837 fəxri fərman (ardak qramotası) təqdim edilib və 2215 fəxri ad verilib.
"Bu, fəxri diplomların və adların həddindən artıq geniş şəkildə verildiyini göstərir ki, bu da onların dəyərinin tədricən azalmasına səbəb olub".- Kuban Kazakov qeyd edib.