Menyu

Bakıda Azərbaycan–İtaliya Hökumətlərarası Komissiyanın VI iclası keçirilir

Operativ Media
Bakıda Azərbaycan–İtaliya Hökumətlərarası Komissiyanın VI iclası keçirilir

Bakıda Azərbaycan–İtaliya iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclası keçirilir.

Operativ Media xəbər verir ki, iclas çərçivəsində iki ölkə arasında energetika, ticarət, sənaye, investisiya və kiçik və orta biznes sahələrində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə olunur.

Azərbaycan tərəfdən Komissiyanın həmsədri energetika naziri Pərviz Şahbazov, İtaliya tərəfdən isə xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çiriellidir.

Tədbirdə Azərbaycan və İtaliya hökumətlərini təmsil edən rəsmi şəxslər, eləcə də aidiyyəti qurumların nümayəndələri iştirak edirlər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər