Menyu

“Azercell” bu gündən qiymətləri artırıb

Operativ Media
“Azercell” bu gündən qiymətləri artırıb

“Azercell”in ötən il kredit üçün xidmət haqqının artırılması ilə bağlı qəbul etdiyi qərar bu gündən qüvvəyə minib.

Operativ Media İqtisadiyyat.az-a istinadən xəbər verir ki, qərar yanvarın 13-dən etibarən qüvvəyə minib.

Qərara əsasən, bu gündən etibarən 1 manatlıq simkredit üçün 0,30 manat (indiyədək 0,20 manat), 2 manatlıq simkredit üçün 0,60 manat (indiyədək 0,40 manat), 2 manatlıq simtaksit üçün 0,60 manat (indiyədək 0,40 manat), 3 manatlıq simkredit üçün isə 0,90 manat (indiyədək 0,60 manat) xidmət haqqı tətbiq ediləcək.

Eyni zamanda "Simkredit", "Simtaksit", "Ekstra kredit" və "İnternet kredit" xidmətləri çərçivəsində göndərilən hər sorğuya 0,12 manat haqq tətbiq ediləcək.

İndiyədək isə SimKredit xidmətindən yararlanmaq üçün göndərilən hər bir SMS-in qiyməti 0.08 manat təşkil edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər