Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb
Operativ Media
Yanvarın 12-də ölkə ərazisində qeydə alınan 61 , əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 97, o cümlədən borclu şəxs qismində axtarışda olan 80 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 36, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 22 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.