ABŞ Ticarət və İnkişaf Agentliyinin (USTDA) regional direktoru Karl Kressey başçılıq etdiyi nümayəndə heyəti Bakıya səfərindən sonra İrəvana səfər edəcək.
Operativ Media xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfirliyi məlumat verib.
Bildirilib ki, öncəki gün nümayəndə heyətini Bakıda Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov qəbul edib. Amerika və Azərbaycan tərəfləri "Tramp Yolu" layihəsinin həyata keçirilməsi perspektivlərini müzakirə ediblər.