Bakıda "idman zonası" istifadəyə verilib

Əziz Əzizli
Bakıda "idman zonası" istifadəyə verilib

Martın 14-də Bakı şəhərində "İdman zonası” istifadəyə verilib.

İqtisadiyyat.az xəbər verir ki, Xətai rayonu, Əhmədli qəsəbəsində yaradılan "İdman zonası"nda minifutbol və basketbol meydançaları, stolüstü tennis, şahmat, uzunluğa tullanma zolağı, eləcə də hər yaş qrupuna uyğun fitnes avadanlıqları yerləşdirilib. Bundan əlavə, sakinlərin istirahət etməsi üçün oturacaqlar quraşdırılıb.

Qeyd edək ki, gənclərin internet tələbatını nəzərə alaraq və layihəyə dəstək məqsədilə idman zonası "Birlink" provayderi tərəfindən ödənişsiz wi-fi xidmətilə təmin edilib.

Açılışda gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, idman səfirləri Aynur İmanova, Aliyə Paşayeva, Maksim Medvedev, İslam Həmrəyliyi Oyunlarının qalibi, basketbolçu Zaur Paşayev də iştirak ediblər. 

Şəkil Qalereyası

Bakıda "idman zonası" istifadəyə verilib - Şəkil 1
Bakıda "idman zonası" istifadəyə verilib - Şəkil 2

Digər xəbərlər