Mahir Emreli: "Ümid edirəm "Qalatasaray"ın 14 matçlıq qələbə seriyasını dayandırarıq"
Nərmin Qocamanlı
Azərbaycan millisinin üzvü, "Konyaspor"un yeni transferi Mahir Emreli türkiyəli jurnalistlərin suallarını cavablandırıb.
"Operativ Media" xəbər verir ki, 25 yaşlı hücumçu Superliqanın 26-cı turunda "Qalatasaray"a qarşı keçirəcəkləri oyun öncəsi təşkil edilən brifinqdə deyib: "Artıq matça köklənmişik. Rəqibimizi tanıyırıq. Onlar Superliqada liderdirlər. "Qalatasaray"ın qələbə seriyası var. Amma biz bu seriyaya son qoya bilərik".
Qeyd edək ki, martın 17-də oynanılacaq "Konyaspor" - "Qalatasaray" matçı Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Teqlər:
"Mahir Emreli: \"Ümid edirəm \"Qalatasaray\"ın 14 matçlıq qələbə seriyasını dayandırarıq\""