Menyu

Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevi təbrik edib

Operativ Media
Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevi təbrik edib
Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı "Zayed İnsan Qardaşlığı Mükafatı"na görə təbrik edib.

Operativ Media xəbər verir ki,  Berdiməhəmmədov iki liderin sülh prosesindəki xüsusi rolunu vurğulayıb.

O, İlham Əliyev və Paşinyanın məsuliyyət və müdriklik hissinin regional sabitliyin açarı olduğunu qeyd edib.

Türkmənistan Xalq Məsləhətinin sədri bildirib ki, Birləşmiş Millətlər Təşkilatı 2025-ci ili Beynəlxalq Sülh və Təhlükəsizlik İli elan etdiyindən, Azərbaycan və Ermənistan arasında atılan addımlar tarixi əhəmiyyət kəsb edir.

Berdiməhəmmədov Türkmənistanın neytral dövlət kimi bu yaxınlaşmanı dəstəklədiyini qeyd edərək, sülh mühitinin Xəzər və Qafqaz regionlarını birləşdirən yeni infrastruktur və nəqliyyat layihələrinin yolunu aça biləcəyini əlavə edib.
Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər