Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması bir il müddətinə uzadılıb
Operativ Media
Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması ilə bağlı qanuna dəyişiklik edilib.
Operativ Media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanun imzalayıb.
Dəyişikliyə əsasən, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunda nəzərdə tutulan müddət 2026-cı ildən 2027-ci ilə qədər uzadılıb. Bununla da sahibkarlıq subyektlərində planlı yoxlamaların dayandırılması daha bir il qüvvədə qalacaq.